BAKI, 18 sentyabr. TELEQRAF
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları başa çatıb.
Teleqraf xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda İsveçrə yığması ilə qarşılaşıb. Komandamız rəqibini 3:1 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qələbə qazanıb, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan seçməsi isə İsveç komandası ilə üz-üzə gəlib. Yığmamız 2,5:1,5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədovanın qələbə qazandığı turda Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə və Gövhər Beydullayeva öz partiyalarını heç-heçə ilə başa vurublar.
Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşə 4:0, Filippinə 3:1, qadın millisi isə Qvatemalaya və Danimarkaya 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.