BAKI, 18 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Toqo bayrağı altında üzən “Trend” neft tankerinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasına istinadən “Fars” agentliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, tanker Hörmüz boğazından qanunsuz keçməyə cəhd edib. Zərbədən sonra gəmidə yanğın baş verib və tanker hərəkətini dayandırıb.

Hadisə ilə bağlı yayılan dəniz təhlükəsizliyi bildirişində də “Trend” tankerinin Hörmüz boğazında təhlükəsizlik insidentinə cəlb olunduğu və Ras Məxbukun təxminən 2,6 dəniz mili şimal-şərqində lövbər saldığı qeyd olunur.

Son günlər Hörmüz boğazından kommersiya gəmilərinin keçidində kəskin azalma müşahidə olunur. Sentyabrın 16-da boğazdan cəmi üç kommersiya gəmisinin keçdiyi bildirilmişdi.