Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.