BAKI, 17 sentyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merz ölkənin iqtisadi böhrandan çıxmaq yolunda olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Xristian Demokrat İttifaqının (XDİ) Berlin bölməsinin seçkiqabağı tədbirində çıxışı Merzə görə, 2026-cı ildə Almaniya iqtisadiyyatının artımı təxminən 1,3 faiz təşkil edəcək. “Biz daralan və ya durğunluq yaşayan iqtisadiyyatın bu dibindən çıxmışıq”, – Almaniya hökumətinin başçısı vurğulayıb.