BAKI, 17 sentyabr. TELEQRAF
Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial platformasında qeyd edib.
“Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə olunur. Əgər bu baş tutarsa, bazanın yerləşəcəyi ərazi çox tezliklə açıqlanacaq. Bu, ABŞ–Polşa ittifaqı üçün tarixi addım olacaq”, – deyə Tramp vurğulayıb.