BAKI, 15 sentyabr. TELEQRAF
Yəməndə Husi qüvvələri Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsiyinin təmin edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, üsyançıların nümayəndələri Səudiyyə Ərəbistanını bölgədəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqda günahlandırıb.
Husilərin nəzarətində olan "Saba" xəbər agentliyi tərəfindən dərc edilən açıqlamada silahlıların Səudiyyə Ərəbistanındakı hərbi obyektlərə zərbə endirmək hüququna malik olduğu qeyd edilib.
Bəyanatda deyilir: "Əgər dünya regionda sabitlik və əmin-amanlıq istəyirsə, Səudiyyə Ərəbistanına deməlidir: Yəmənin işlərinə müdaxilə etməyin".
Husilər daha əvvəl Bab əl-Məndəb boğazında yalnız Səudiyyə Ərəbistanı gəmilərini bloklamaq niyyətində olduqlarını açıqlamışdılar. Onlar iddia edirdilər ki, digər ölkələrdən gələn gəmilər boğazdan maneəsiz keçə bilər.