BAKI, 1 sentyabr. TELEQRAF

Rusiya Federasiyası həmişə Ermənistanla dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafının tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Onun sözlərinə görə, bu, hər iki ölkə xalqlarının əsas maraqlarına xidmət edir.

Əvvəla, əsas məqamı vurğulamaq istərdim, biz həmişə Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafının tərəfdarı olmuşuq. Bu mövqeyi bundan sonra da davam etdiririk", - deyə Putin qeyd edib.