BAKI, 6 avqust. TELEQRAF

Telefon zənglərindən istifadə edərək sistemlərə daxil olan "ransomware" hakerləri son bir ay ərzində ABŞ-nin onlarla aparıcı maliyyə qurumuna hücum ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, hakerlər maliyyə şirkətlərinin və özəl investisiya fondlarının işçilərindən parol oğurlamaq üçün hazırlanmış saxta veb saytlar yaradıblar.

Cümə axşamı günü haker hücumları ilə bağlı dərc olunmuş bloq yazısında "Google" hücuma məruz qalan şirkətlərin adını çəkməsə də, hakerlər tərəfindən yaradılan veb saytların adlarını sadalayıb: Redact, Pink, Helix, Falcon və digərləri. Cəmi 72 belə veb sayt yaradılıb.

Hücumların qurbanları arasında "Blackstone", "Bridgewater" və "Apollo Global Management", "KKR", "Bain Capital", "CME" və "Moody's" şirkətləri olub.