BAKI, 24 iyul. TELEQRAF

ABŞ administrasiyası “Lukoil” şirkətinin satışına imkan verən sanksiyalara güzəşt müddətini 2026-cı il avqustun 22-dək uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yayımladığı 131H nömrəli ümumi lisenziyada bildirilib.

Sənədə əsasən, bu əməliyyatlara 2026-cı il avqustun 22-si saat 00:01-dək (Bakı vaxtı ilə saat 08:01-dək) icazə verilir.

Lisenziyada vurğulanıb ki, bu istisna Rusiyada hər hansı şəxsə və ya hesaba vəsait köçürülməsinə icazə vermir.