BAKI, 24 iyul. TELEQRAF

ABŞ Quru Qoşunları “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-2 GEM-T raketlərinin istehsalı ilə bağlı 30 ildən çox müddətdə ilk dəfə yeni daxili sifariş verib.

Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı “RTX” şirkətinin rəhbəri Kristofer Kaliodan aldığı məlumata əsasən yazıb.

Kalionun sözlərinə görə, şirkət 2026-cı maliyyə ilinin ikinci rübündə ümumi dəyəri təxminən 20 milyard dollar olan sifarişlər alıb. Bu sifarişlər arasında əsasən xarici müştərilərdən daxil olan “Patriot” sistemləri üçün 5 milyard dollardan çox dəyərində GEM-T raketlərinin istehsalına dair müqavilələr, həmçinin son 30 ildən artıq müddətdə ilk ABŞ daxili sifarişi yer alır.

TWZ qeyd edir ki, “Raytheon” (hazırda “RTX”) “Patriot” sistemləri və PAC-2 raketlərinin əsas istehsalçısıdır. Daha müasir PAC-3 raketlərini isə “Lockheed Martin” şirkəti istehsal edir.

Nəşrin məlumatına görə, PAC-2 GEM-T raketlərinin istehsalı ilə bağlı müqavilə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda raket ehtiyatlarının azalması şəraitində bağlanıb.