BAKI, 24 iyul. TELEQRAF

Tanınmış ictimai-siyasi xadim Ədilə Hüseynova 88 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, Ədilə Ağarza qızı Hüseynova uzun illər yüksək vəzifələrdə çalışıb.

O, sovet dönəmində Bakı Şəhər İcra Hakimiyyətində müavin, sonralar isə Milli Məclisdə iqtisadi siyasət şöbəsində sektor müdiri işləyib.