BAKI, 24 iyul. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın yeni xarici işlər naziri Andriy Sbiqa ilə telefonla danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlər müzakirə zamanı Rusiya-Ukrayna münaqişəsindəki son hadisələri və Qara dəniz təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.