BAKI, 24 iyul. TELEQRAF
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Diplomatlar Fars körfəzində gərginliyin artmasını və münaqişənin dinc yolla həlli imkanlarının təhlükə altına düşməsini müzakirə ediblər.
Rusiya tərəfi regionda sabitliyi, təhlükəsizliyi və gəmilərin sərbəst hərəkətini bərpa etmək üçün hərbi əməliyyatların tezliklə dayandırılmasına dair dayanıqlı razılaşmaların əldə olunmasının vacibliyini vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın bəzi aktual məsələləri də nəzərdən keçirilib.