BAKI, 24 iyul. TELEQRAF

Abxaziya qəza səbəbindən işıqsız qalıb.

Teleqraf xəbər verir ki, Abxaziyada İnqur Su Elektrik Stansiyasında baş verən qəza nəticəsində elektrik enerjisinin verilişi dayanıb.

Bu barədə Abxaziya Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnqur SES həm Abxaziyanı, həm də Gürcüstanı elektrik enerjisi ilə təmin edir. Hazırda Gürcüstanda da elektrik enerjisinin kəsilməsi baş verib.

Qəzanın səbəbləri və elektrik təchizatının nə vaxt bərpa olunacağı barədə əlavə məlumat verilməyib.