BAKI, 24 iyul. TELEQRAF
ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər İranla bağlı hərbi əməliyyatlardan sonra gərginləşib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı yüksək vəzifəli, adları açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Tramp münaqişə başlayandan sonra dəfələrlə Netanyahu ilə bağlı məyusluğunu ifadə edib. Bildirilir ki, o, bəzi hallarda köməkçilərinə İsrailin baş naziri ilə nə görüşmək, nə də danışmaq istədiyini deyib.
Bundan əvvəl Tramp “Axios” portalına müsahibəsində bildirib ki, əgər Netanyahu iyulun 28-də Vaşinqtonda keçiriləcək senator Lindsi Qremin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a gələrsə, onunla görüşməyə hazırdır.