BAKI, 23 iyul. TELEQRAF

Küveytin hava hücumundan müdafiə sistemləri raketlər və pilotsuz uçuş aparatları vasitəsilə İranın hücumunu dəf edir.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada bildirilib ki, Küveytin hava hücumlarından müdafiə qüvvələri hazırda İranın raket hücumlarına və pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparır.

Baş Qərargah partlayışların hava hücumundan müdafiə sisteminin səbəb olduğunu vurğulayıb və vətəndaşları müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.