BAKI, 24 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələri İrana qarşı 13-cü gecə ardıcıl davam edən zərbələr seriyasını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığının qüvvələri 13-cü gecə ardıcıl olaraq İrana qarşı zərbələr endirmə əməliyyatını başa çatdırıb”, - deyə komandanlığın “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

CENTCOM-un məlumatına görə, ABŞ qüvvələrinin hədəfləri komanda məntəqələri, pilotsuz uçuş aparatlarının saxlanma yerləri, sahilyanı müşahidə məntəqələri və hərbi-dəniz qüvvələrinin vasitələri olub.

***

04:00

ABŞ Silahlı Qüvvələri yenidən İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ qüvvələri bu gün ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 01:45 - TASS) İran hərbi obyektlərinə yenidən zərbələr endirməyə başlayıb. Bu, ardıcıl 13-cü gecədir ki, zərbələr həyata keçirilir”, - deyə CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

ABŞ-nin İrana qarşı zərbələri zamanı ölkənin bir neçə şəhərində partlayışlar baş verib.

İranın IRIB agentliyinin məlumatına görə, İranın cənubundakı Keşm adasının sahil bölgəsində, İndimeşk, Konarak, Xürrəmabad, Cask, Xondab, Bəndər-Abbas və Omidiyyə şəhərlərində bir sıra partlayışlar baş verib.

İtkilərlə bağlı rəsmi açıqlama verilməyib.