BAKI, 19 iyul. TELEQRAF
Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi heyət iyulun 20-də Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 52-ci ildönümünü qeyd etmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə gəlib.
Teleqraf Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ŞKTC Prezidenti Tufan Erhürman tərəfindən qəbul edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi bir neçə gün əvvəl Kiprlə bağlı qərəzli qətnaməsinə görə Avropa Parlamentini qınayıb və Kipr türklərinə qarşı törədilən çoxsaylı qanlı cinayətləri xatırladıb.
Nazirlik vurğulayıb: “Türkiyə ordusunun hərəkətləri Kipr türklərini sistematik hücumlar, qırğınlar və məcburi köçkünlük fonunda məhv olmaqdan xilas edib”.