BAKI, 19 iyul. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda səfərdə olan Livan Prezidenti Cozef Aun ilə görüşüb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər üçtərəfli çərçivə sazişinin icrasını müzakirə ediblər.

Görüş zamanı Rubio ABŞ-nin bu razılaşmanı dəstəkləməkdə qərarlı olduğunu bir daha təsdiqləyib.

O, Vaşinqtonun Livanla əldə olunmuş razılaşmanın uğurla yerinə yetirilməsinə kömək etməyə sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, iyunun 26-da İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalanıb.

Sazişdə "Hizbullah"ın tərksilah edilməsi, Livan ordusunun ölkədə yeganə hərbi güc olması və İsrail ordusunun Livan ərazisini tərk etməsi nəzərdə tutulub.