BAKI, 19 iyul. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ABŞ-nin İranın tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbələrlə bağlı məlumatları araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkə hesabında qeyd edilib.

Qurumdan bildirilib ki, hadisə nəticəsində radiasiya sızması riski mövcud deyil.

Buna səbəb obyektin hələ tikintinin ilkin mərhələsində olması və son yoxlama zamanı orada heç bir nüvə materialının tapılmamasıdır.

Agentlik insidentlə bağlı artıq İran hakimiyyəti ilə əlaqə saxladığını və əlavə məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlama veriləcəyini qeyd edib.