BAKI, 20 iyul. TELEQRAF
İranda cari ilin yanvar ayında keçirilən rejim əleyhinə kütləvi nümayişlərdə iştirak edən iki gənc edam olunub.
Bu barədə Teleqraf xarici kütləvi informasiya vasitələrinə (KİV) istinadən xəbər verir.
Məlumata görə, edam edilən şəxslər 19 yaşlı İrfan İsfəndiyari və 23 yaşlı Gül Məhəmməd Məhəmmədidir.
Hər iki gənc İsfahandakı həbsxanasında asılaraq edam edilib.