BAKI, 19 iyul. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə 140 Ukrayna PUA-sını vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 18-i Moskva vaxtı ilə saat 20:00-dan 19 iyul saat 08:00-dək hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk və Rostov vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası, Azov və Qara dənizləri üzərində 140 Ukrayna PUA-sını müəyyən edərək zərərsizləşdirib", - deyə nazirlik bildirib.