BAKI, 19 iyul. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hava zərbələrinin başa çatdığını və əməliyyat zamanı hərbi obyektlərin hədəfə alındığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıblar.
CENTCOM-un məlumatına görə, ardıcıl səkkizinci gecə həyata keçirilən əməliyyat zamanı İranın sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələrinə aid vasitələr, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar vurulub.
Komandanlıq əməliyyatın nəticələri və hədəflərə dəyən ziyanla bağlı əlavə məlumat açıqlamayıb.