BAKI, 19 iyul. TELEQRAF
Rusiyanın Kiyevə hücumu nəticəsində 15 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Rusiyanın paytaxta hücumunun nəticələrinin aradan qaldırılması davam edir: yenilənmiş məlumata görə, qurbanların sayı 15 nəfərə çatıb" - məlumatda qeyd olunur.
İyulun 19-u gecəsi Rusiya qoşunları Kiyevə ballistik raket zərbəsi endirib .
Paytaxtın beş rayonunda - Şevçenkivski, Solomyanski, Dnepr, Desnyanski və Svyatoşinskidə zərbələr və dağıntılar qeydə alınıb.
Ən çox ziyan çəkən binalar Şevçenkivski və Solomyanski rayonlarında olub.
Ofis və qeyri-yaşayış binalarında, supermarketdə, yataqxanada və fərdi evdə yanğınlar baş verib, avtomobillər yanıb.