BAKI, 19 iyul. TELEQRAF

Rusiyanın Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı Ukrayna ordusunun hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, hücum nəticəsində neft yüklənməsi dayandırılıb.

Konsorsiumdan bildirilib ki, PUA-lar terminalda neft yükləyərkən beynəlxalq heyətləri olan iki dəniz tankerinə hücum edib.

Hücum zamanı xəsarət alan olmayıb və neft dağılması baş verməyib.