BAKI, 19 iyul. TELEQRAF
İraqın şimalında vurulan İran pilotsuz uçuş aparatına (PUA) aid sursatın zərərsizləşdirilməsi zamanı bir amerikalı hərbçi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 18-də İraqın şimal hissəsində, döyüş əməliyyatları zonasında qeydə alınıb.
Amerikalı hərbçilər ərazidə vurulmuş İran mənşəli dron-kamikadzenin partlamamış sursatını detonasiya yolu ilə zərərsizləşdirməyə çalışıblar.
Əməliyyat zamanı baş verən gözlənilməz partlayış nəticəsində ABŞ ordusunun bir hərbi qulluqçusu həyatını itirib. Yaralanan digər əsgərə isə dərhal ilkin tibbi yardım göstərilib.