BAKI, 19 iyul. TELEQRAF

İraqın Baş naziri Əli əl-Zeydi İrana rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə INA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir neçə ikitərəfli sazişin imzalanması gözlənilir.

Xatırladaq ki, İraqın Baş naziri ötən gün ABŞ-yə rəsmi səfərini başa vurub və Vaşinqtonda Prezident Donald Trampla danışıqlar aparıb.