BAKI, 19 iyul. TELEQRAF

İran ətrafındakı münaqişənin yenidən kəskinləşməsi Almaniyada benzin və dizel yanacağının qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 19 iyulda ölkə üzrə "Super" benzinin bir litri orta hesabla 2.328 avroya başa gəlib. E10 benzininin (10%-ə qədər bioetanol tərkibli) qiyməti 2.274 avroya, dizel yanacağının qiyməti isə 2.305 avroya yüksəlib.

Dizel yanacağının qiyməti isə 2.238 avrodan 2.305 avroya çatıb.

Bu o deməkdir ki, dizel yanacağı cəmi bir həftə ərzində litrinə 6,7 sent bahalaşıb. Qəzet qeyd edir ki, sürücülər indi 50 litrlik tam çən üçün 3,35 avro daha çox ödəyirlər. Bu yanacaqdoldurma onlara təxminən 115 avroya başa gəlir.

"Bild" qeyd edir ki, qiymət artımının səbəbi İranla bağlı münaqişənin yenidən gərginləşməsidir. Fars körfəzi bölgəsindən neft tədarükünün tamamilə kəsilə biləcəyi və ya əsas ticarət yollarında yeni məhdudiyyətlərin yarana biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımına təsir göstərib.