BAKI, 19 iyul. TELEQRAF
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında təyin olunmuş təhlükəsiz naviqasiya marşrutunu pozan dörd gəmidən ikisinin qəzaya uğradığını, digər ikisinin isə istiqamətini dəyişdiyini açıqlayıb.
Teleqraf xəbər verr ki, açıqlamanı İranın yarı-rəsmi "Tasnim" agentliyi yayıb.
Bəyanatda ABŞ tərəfindən dəstəkləndiyi iddia edilən dörd gəminin naviqasiya sistemlərini söndürdüyü bildirilib.
SEPAH iddia edir ki, gəmilər xəbərdarlıqlara məhəl qoymayıb.
Toqquşmadan sonra gəmilərdən ikisi hərəkəti davam etdirə bilməyiblər. Digər iki gəmi isə istiqamətini dəyişib.
Bəyanatda həmçinin Hörmüz boğazının tamamilə SEPAH-ın nəzarətində olduğu və əvvəllər elan edildiyi kimi, yalnız əvvəlcədən müəyyən edilmiş və elan edilmiş təhlükəsiz marşrutlardan neft üçün istifadə edilə biləcəyi bildirilir.
"Gübrə daşıyan heç bir gəminin İran hakimiyyətinin razılığı və icazəsi olmadan Hörmüz boğazından keçməsinə icazə verilməyəcək" - məlumatda qeyd olunur.