BAKI, 19 iyul. TELEQRAF

İranın raket hücumları fonunda İordaniyanın paytaxtı Əmmanda və digər şəhərlərində hava hücumu sirenləri işə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" telekanalı məlumat yayıb.

Daha əvvəl ölkənin hava hücumundan müdafiə sistemləri Qırmızı dənizdəki Aqaba limanı üzərindən bir neçə raketi zərərsizləşdirmişdi.

Bölgədə yerləşdirilən Amerika hava hücumundan müdafiə sistemləri və İsrailin "Dəmir Günbəz" raketdən müdafiə sistemi İranın İordaniyaya hücumunu dəf etmək üçün koordinasiyalı şəkildə işləyirlər.