BAKI, 19 iyul. TELEQRAF
Peruda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi 300 mindən çox olan Uankayo şəhərindən 131 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanın ocağı 22 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb.