BAKI, 19 iyul. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın qərbində MQ-9 pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Pilotsuz təyyarə Əhvaz şəhəri üzərində ən müasir hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub" - məlumatda qeyd olunur.

SEPAH dronun hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.