BAKI, 19 iyul. TELEQRAF
ABŞ hərbçiləri İranın cənubundakı Hormozqan vilayətinin Hacıabad şəhəri yaxınlığında yerləşən əraziyə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Fars agentliyi Hormozqan vilayətinin administrasiyasına istinadən məlumat yayıb.
Vilayət administrasiyası ABŞ hərbçilərinin Hacıabad şəhəri yaxınlığındakı əraziyə zərbə endirdiyini təsdiqləyib.
Hadisə nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.