BAKI, 18 iyul. TELEQRAF
Mavritaniya sahillərində qayıqdan 37 qeyri-qanuni miqrantı xilas edilib.
Teleqraf xəbər verir ki, qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən İspaniyanın Kanar adalarına doğru üzürmüş.
Qayıqda 160 miqrant olub. Onlardan 122 nəfərin axtarışları hələ davam etdirilir.
Məlumata görə, yaranmış texniki nasazlıq qayığın yanacağının tükənməsinə səbəb olub. Nəticədə 10 gün ərzində beynəlxalq suları üzərək Mavritaniyanın dəniz sahəsinə daxil olan qayıqda su və qida ehtiyatı da bitib.