BAKI, 19 iyul. TELEQRAF
Ukraynanın 14 şəhərinin sakinləri müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsinə etiraz ediblər.
Teleqraf xəbər verir ki, etirazlar üçüncü gündür davam edir.
İyulun 18-də insanlar Vinnitsa, Dnepropetrovsk, Jitomir, İvano-Frankivsk, Kiyev, Kropivnitski, Lvov, Lutsk, Nikolayev, Odessa, Ternopil, Ujqorod, Xmelnitski, Çerkassıda toplaşdılar.
"Strana" nəşrinin yayımladığı görüntülərdən də göründüyü kimi, Odessada etirazçılar atəş şousu təşkil ediblər, mer Andrey Sadovıy isə Lvovda keçirilən mitinqdə iştirak edib. Qeyd olunur ki, etirazçılar müdafiə nazirinin geri qayıtmasını tələb etməklə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefasını da tələb edirlər.
Daha əvvəl "The Financial Times" qəzeti mənbələrə istinadən Zelenskinin Fedorovun vəzifədən alınmasından sonra hərbi komandanlığı bürüyən böhranı həll etmək üçün Sırskini vəzifədən azad etməyi düşündüyünü bildirmişdi.