BAKI, 18 iyul. TELEQRAF
Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel bildirib ki, kansler Fridrix Merzin rəhbərlik etdiyi Almaniya hökuməti ictimai dəstəyin aşağı olması səbəbindən istefa verməlidir.
Teleqraf xəbər verir ki, Maqdeburqda keçirilən seçki tədbirində çıxış edən Alis Vaydel kanslerin reytinqinin 15% olduğunu qeyd edib.
"Almaniya hökuməti sabah istefa versə daha yaxşı olar. Çünki heç bir dəstəyi yoxdur", - deyə siyasətçi bildirib.