BAKI, 19 iyul. TELEQRAF

İran ordusu pilotsuz uçuş aparatları ilə Küveytdə yerləşən ABŞ hərbi bazalarına iki cavab zərbəsi endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" İran ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Məlumata görə, hədəflər ABŞ Quru Qoşunlarının Əl-Üdeyri düşərgəsində yerləşən sursat anbarı, həmçinin Küveytdəki Əli Əs-Salem aviabazasında yerləşən Patriot hava hücumundan müdafiə sisteminin radarı və hava müşahidə radarı olub.

Hücumun nəticələri, mümkün dağıntılar və itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.