BAKI, 19 iyul. TELEQRAF
Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 119 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, daha 856 tikiliyə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Bundan başqa, 38 292 zərərçəkən tibb müəssisələrində tibbi yardım alıb.
Məlumata görə, evsiz qalan şəxslərin yerləşdirilməsi üçün 107 müvəqqəti düşərgə yaradılıb. Hazırda həmin düşərgələrdə 21 470 nəfər məskunlaşıb. Zərərçəkənlərə indiyədək 10 063 ton ərzaq məhsulu çatdırılıb.