BAKI, 19 iyul. TELEQRAF

ABŞ-də insan alveri ittihamı ilə axtarışda olan bloqer və keçmiş kikboksçu Endryu Teyt və qardaşı Tristan Teyt Böyük Britaniyanın ekstradisiya sorğusu əsasında saxlanılıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, Endryu və Tristan Teyt həm Böyük Britaniya, həm də ABŞ vətəndaşlığına malikdirlər. Böyük Britaniyada onlar zorlama və insan alveri ittihamları ilə üzləşirlər.

TMZ portalının məlumatına əsasən, qardaşlar Florida ştatının Mayami şəhərində saxlanılıblar. Bildirilir ki, Endryu Teyt həmin gün turnirdə aparıcılardan biri kimi çıxış etməli idi.

Qardaşlar tədbirin keçiriləcəyi məkana gəldikdən sonra iyulun 18-də günün ikinci yarısında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.