BAKI, 18 iyul. TELEQRAF
Rusiyanın Krasnodar diyarında "Mi-2" helikopteri qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Kalininskayada taxıl sahəsinin dərmanlanması zamanı kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.