BAKI, 19 iyul. TELEQRAF
İranın İordaniyanın şərqində yerləşən ABŞ hərbi bazasına endirdiyi zərbə nəticəsində çoxsaylı "Black Hawk" helikopterlərinə ciddi ziyan dəyib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr ciddi nəticələrə səbəb olub.
Bildirilir ki, hücum İordaniyanın şərqində yerləşən və ABŞ-nin "Black Hawk" helikopterlərinin bazalandığı hərbi obyektə edilib. Nəticədə çoxsaylı helikopterlərə ciddi ziyan dəyib.
Mənbələrin sözlərinə görə, hücum zamanı onlarla ABŞ hərbçisi yaralanıb.
Qəzet qeyd edir ki, ABŞ rəsmiləri İranın zərbələrinin miqyasını etiraf edərək, bu hücumların ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğuna ciddi zərər vurduğunu bildiriblər.