BAKI, 18 iyul. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İranın İordaniyada ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki amerikalı hərbçi həlak olub.

Teleqraf xəbər verir ki, komandanlığın X səhifəsində dərc olunmuş açıqlamada deyilir: "CENTCOM və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarını dəf edərkən İordaniyada iki ABŞ hərbçisi döyüşdə həlak olub. Bundan əlavə, bir hərbçi hazırda döyüşdə itkin düşmüş kimi qeydə alınıb".

Mərkəzi Komandanlıq dörd əsgərin xəstəxanaya yerləşdirildiyini, bir neçə əsgərin isə yüngül xəsarət aldığını bildirib.