BAKI, 18 iyul. TELEQRAF
"Dünən və bu gün çoxlu məsləhətləşmələr olub. Əlbəttə ki, insanların dediklərinə qulaq asıram".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki aksiyalara münasibət olaraq bildirib.
“Ordu ilə bağlı qərarlar olacaq. Ukraynaya qayğı göstərən hər kəsə minnətdaram. Cəbhədə mövqelərimizi müdafiə edən, müharibəni Rusiyaya, onun gəldiyi yerə qaytarmağa çalışan hər kəsə minnətdaram”, - deyə o qeyd edib.