BAKI, 18 iyul. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov və BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan Fars körfəzindəki vəziyyəti müzakirə ediblər və hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Diplomatik idarənin məlumatına görə, ABŞ və İran arasında davam edən hücumlar kontekstində Fars körfəzi bölgəsindəki vəziyyətlə bağlı "notaların sinxronlaşdırılması" aparılıb. Hər iki tərəf hərbi əməliyyatların dərhal dayandırılmasının və danışıqlar prosesinin tez bir zamanda bərpa edilməsinin vacibliyini vurğulayıb. Qlobal iqtisadiyyat üçün vacib olan Hörmüz boğazında sabit, maneəsiz və təhlükəsiz naviqasiyanın qorunmasının vacibliyi qeyd olunub.