BAKI, 18 iyul. TELEQRAF

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi təsdiqləyib.

Teleqraf xəbər verir ki, iyulun 13-də Macarıstan parlamenti ölkə Prezidenti Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan Konstitusiyaya 17-ci düzəlişi qəbul edib.

Qeyd edək ki, qəbul edilən konstitusiya dəyişikliyi prezidentin vəzifədən kənarlaşdırılması mexanizminin tətbiqinə hüquqi əsas yaradır.