BAKI, 18 iyul. TELEQRAF

Yerli medianın verdiyi məlumata görə, Çexiya hökumətinin uşaq bağçalarında və məktəblərin aşağı siniflərində mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edən qanunvericiliyi təsdiqləməsi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Radio Praqa International" məlumat yayıb.

Baş nazir Andrey Babiş və təhsil naziri Robert Plaqa tərəfindən təqdim edilən qanun layihəsi qadağanın məktəbdənkənar yerlərdəki kurslar və təlim mərkəzlərini də əhatə edəcəyi gözlənilir.