BAKI, 18 iyul. TELEQRAF
İsrail Baş naziri Binyamin Netanyahu Nyu-Yorka gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs oluna biləır.
Teleqraf xəbər verir ki, bunu Nyu-York şəhərinin meri Zöhran Mamdani bildirib.
"Baş nazir Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan müharibə cinayətkarıdır", - deyə Mamdani sentyabr ayında BMT Baş Assambleyasının Ali Həftəsində iştirak edəcəyi təqdirdə Netanyahunun həbs olunma ehtimalı ilə bağlı suala cavab verərkən bildirib: "Biz hüquq şöbəmizlə bələdiyyəmizdə hansı variantların mövcud olduğunu fəal şəkildə müzakirə edirik".
Eyni zamanda, şəhər meri İsrail baş nazirinin həbsi üçün süni şəkildə hüquqi normalar yaratmaq niyyətində olmadığını deyib: "Milli səviyyədə bəzən öz qanunlarımızı yazmaq və qanundan kənara çıxmaq istəyinin şahidi oluruq. Biz bununla maraqlanmırıq".
2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində Qəzza münaqişəsi ilə əlaqədar hərbi və insanlığa qarşı cinayətlər ittihamları ilə həbs qərarı çıxarıb. İsrail məhkəmənin yurisdiksiyasını tanımır.