BAKI, 18 iyul. TELEQRAF
Drammen şəhərində baş verən yanğından sonra 400-dən çox insan təxliyə edilib. Şəhər meri Kjell Arne Hermansenin sözlərinə görə, yanğın 100-dən çox yaşayış binasını məhv edib və yerli media bunu son əsrin ən böyük yanğını adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "VG" nəşri məlumat yayıb.
Hermansenin sözlərinə görə, təxliyə mərkəzlərin 400-dən çox insan qeydiyyatdan keçib, zərər görən sakinlər şəhər otellərinə təxliyə edilib. Bəziləri müvəqqəti olaraq dostları və qohumlarıgilə yerləşdirilib.