BAKI, 18 iyul. TELEQRAF

ANAMA-nın 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.