BAKI, 18 iyul. TELEQRAF

Ukrayna hökuməti rəsmi olaraq Vitali Bezginin rəhbərlik etdiyi Ukrayna İcmalar, Ərazilər və Məcburi Köçkünlər Nazirliyini yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbərinin müavini Viktor Mikita "Facebook" məlumat yayıb.

"İcmalarımız və bölgələrimiz üçün bu, hökumətin səylərini birləşdirməyə və yerli potensialı gücləndirməyə kömək edəcək əsas və ixtisaslaşmış bir nazirlikdir. Bu nazirliyə ölkənin regional inkişaf üzrə ən yaxşı mütəxəssislərindən biri olan Vitali Bezgin rəhbərlik edir", - deyə Mikita qeyd edib.